Azərbaycanda hökumət kompüterləri və yumurtaları niyə sayacaq? - Qəribə QƏRARIN İZAHI

Azərbaycanda 2027-ci ildən ev təsərrüfatlarının statistik uçotu zamanı elektron cihazlar və kənd təsərrüfatı məhsulları ilə bağlı yeni məlumatlar toplanacaq.

Nov 11, 2026 - 13:27
Azərbaycanda hökumət kompüterləri və yumurtaları niyə sayacaq? - Qəribə QƏRARIN İZAHI

SAVASHMEDİA.az xəbər verir ki, yeni qaydalara əsasən, ev təsərrüfatlarında kompüter, noutbuk və planşetlərin sayı, eləcə də internetə çıxış imkanları qeydə alınacaq.

Bu məlumatlar bütün məişət texnikasının siyahıya alınması demək deyil. Söhbət əsasən kompüter avadanlıqlarının növü və sayının müəyyənləşdirilməsindən gedir.

Digər dəyişiklik isə kənd təsərrüfatı məhsullarının uçotu ilə bağlıdır. Belə ki, 2027-ci il yanvarın 1-dən təsərrüfatlarda istehsal olunan yumurta və südün ümumi miqdarı da qeydə alınacaq.

Bu zaman yalnız satışa çıxarılan məhsullar deyil, ailənin öz ehtiyacları üçün istifadə etdiyi, qohumlara verdiyi və digər məqsədlərə sərf etdiyi yumurta və süd də nəzərə alınacaq. Yəni həyətyanı sahəsində toyuq saxlayan ailələrin yumurta istehsalı da statistik uçota daxil ediləcək. 

Qeyd edək ki, ev təsərrüfatlarının uçotu hər il yanvarın 1-dən 30-dək aparılacaq. Məlumatlar yerli icra hakimiyyəti nümayəndələri tərəfindən sakinlərlə sorğu əsasında toplanacaq.

Yeni qaydalar vətəndaşların evindəki bütün əşyaların inventarlaşdırılması demək deyil. Kompüterlərin markası, modeli və qiyməti deyil, növü və sayı qeydə alınacaq. Televizor, soyuducu və paltaryuyan maşınların siyahıya alınması isə nəzərdə tutulmayıb. 

Dəyişikliklərin əsas məqsədi əhalinin rəqəmsal imkanları, internetə çıxışı və kənd təsərrüfatı istehsalının real həcmi barədə statistik məlumatların əldə edilməsidir. Bu uçotun aparılması özlüyündə vətəndaşlar üçün yeni vergi öhdəliyi yaratmır

Oğuz