Nobel mükafatının 2024-ci il üzrə ilk laureatlarının adları açıqlandı
Amerikalı alimlər Viktor Embros və Hari Ravkan 2024-cü ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüblər.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsi açıqlama yayıb.
Mükafat “mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna” görə amerikalı alimlərə təqdim edilib.
Bilki Nobel həftəsi Fiziologiya və Tibb üzrə Mükafatın verilməsi ilə başladı. Oktyabrın 8-də fizika, oktyabrın 9-da kimya, oktyabrın 10-da ədəbiyyat üzrə qaliblər elan olunacaq.
Sülh Mükafatı laureatı oktyabrın 11-də Osloda elan olunacaq. Nobel günləri oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə mükafatın verilməsi ilə başa çatacaq.
Xatirə SADİQ