İran pulunun adı dəyişdi

İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq verib və ölkənin rəsmi valyutası bundan sonra "Tümən" və "Qıran" olacaq.

Aug 11, 2025 - 19:18
İran pulunun adı dəyişdi

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.

"Bu planın həyata keçirilməsi keçid dövrü ilə müşayiət olunacaq, xalq və bazar dəyişikliklərə alışa bilsin deyə, bir müddət tümən və rial eyni vaxtda dövriyyədə olacaq", - o əlavə edib.