Bu tarixlərdə doğulan körpələr üçün 1000 dollar ayrılacaq - Tramp elan etdi

ABŞ Prezidenti Donald Tramp administrasiyası "Trump Accounts" adlı yeni sosial-investisiya proqramını rəsmi şəkildə istifadəyə verib.

Jul 5, 2026 - 00:11
Bu tarixlərdə doğulan körpələr üçün 1000 dollar ayrılacaq - Tramp elan etdi

SAVASHMEDİA.az xəbər verir ki, proqram çərçivəsində 1 yanvar 2025-ci il – 31 dekabr 2028-ci il tarixləri arasında ABŞ vətəndaşı kimi doğulan və sosial sığorta nömrəsi (Social Security Number) olan hər bir uşaq üçün dövlət tərəfindən 1000 dollarlıq ilkin investisiya yatırılacaq.

Vəsait ABŞ Xəzinədarlığı tərəfindən xüsusi investisiya hesabına köçürüləcək və fond bazarında aşağı xərcli indeks fondlarında qiymətləndiriləcək. Hesab uşağın adına açılacaq və o, 18 yaşına qədər valideyn və ya qanuni nümayəndə tərəfindən idarə olunacaq.

Proqram bununla məhdudlaşmır. Valideynlər, yaxın qohumlar, işəgötürənlər və digər şəxslər həmin hesaba hər il əlavə vəsait də köçürə biləcəklər. Məqsəd uşaqların gələcək təhsili, ilk evlərinin alınması, biznes qurması və uzunmüddətli maliyyə təminatına dəstək verməkdir.

"Trump Accounts" proqramı ABŞ-ın Müstəqillik Günündə – 4 iyul tarixində rəsmi olaraq istifadəyə verilib və ilk 1000 dollarlıq dövlət ödənişlərinin köçürülməsinə başlanılıb.

Aytən