Xameneinin vida mərasimində Bakıya mesaj? - Niyə Ali-İmran surəsi oxundu?
İranda ali dini lider Əli Xamenei ilə vida mərasimi keçirilir və tədbirdə müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.
SAVASHMEDIA.az xəbər verir ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Vida mərasimi zamanı dünya mediasının diqqətini çəkən məqamlardan biri də nümayəndə heyətlərinin zala daxil olduğu anda Quran ayələrinin tilavət olunması olub. Azərbaycan nümayəndə heyəti zala daxil olarkən isə Ali-İmran surəsinin 139-cu ayəsi səsləndirilib:
"Acizlik göstərməyin, kədərlənməyin. Əgər möminsinizsə, siz üstün gələcəksiniz".
Həmin an sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Siyasi analitik Nazim Cəfərsoy hesab edir ki, seçilən ayə təsadüfi olmaya bilər. Onun fikrincə, İran bu yolla Azərbaycanın regiondakı mövqeyi, xüsusilə də İsrail və Qərblə münasibətləri fonunda simvolik mesaj verməyə çalışmış ola bilər. Analitik bunu Bakıya regional proseslərdə daha ehtiyatlı davranmağa çağırış kimi dəyərləndirir.
Oğuz