"Median pensiya 400 manat olacaq" nə deməkdir? - Özünüz hesablayın + SADƏ İZAH
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirib ki, median pensiya artımı 400 manatın üzərində gözlənilir.
Bu isə vətəndaşlar arasında belə bir yanlış fikir formalaşdırıb ki, ən aşağı pensiya 400 manatın üzərində olacaq. Amma bu, belə deyil.
Bəs median pensiya nədir və o necə hesablanır?
SAVASHMEDİA.az vətəndaşları maraqlandıran sualın sadə izahını təqdim edir. Beləliklə...
Median pensiya ifadəsi pensiya ödənişlərinin orta qiymətinin tapılması üçün istifadə olunan statistik anlayışdır. Median sıralanmış cədvəldə ortada olan rəqəmi göstərir.
Başqa sözlə, median pensiya, pensiya alan şəxslərin pensiyalarının sıralandığı zaman ortada yer alan pensiya məbləğini ifadə edir.
Terminin daha dəqiq anlaşması üçün əyani misallara müraciət edək.
Pensiyaların hamısı (bütün pensiya alanların) məbləğlərinə görə artan və ya azalan sıraya qoyulur və ortadakı dəyər tapılır:
Əgər pensiya alanların sayı təkdirsə (məsələn, 7 nəfər), onda ortadakı dəyər sadəcə sıradakı 4-cü (orta) dəyər olur.
Əgər pensiya alanların sayı cütdirsə (məsələn, 6 nəfər), o zaman ortadakı iki dəyərlər, 3-cü və 4-cü rəqəmlər toplanaraq 2-yə bölünür.
Məsələn:
Əgər 7 nəfər pensiya alırsa və onların pensiya məbləğləri aşağıdakı kimidirsə:
200 AZN
300 AZN
400 AZN
500 AZN
600 AZN
700 AZN
1,000 AZN
Bu halda median pensiya 500 AZN olacaq, çünki 7 nəfərin arasında orta olan 500 AZN məbləğidir.
Əgər pensiya alanların sayı cütdürsə, məsələn, 6 nəfər:
200 AZN
300 AZN
400 AZN
500 AZN
600 AZN
700 AZN
Median burada, 3-cü və 4-cü rəqəmlərin ortalaması olaraq hesablanacaq: 400+500:2 =450 AZN.
Bu halda median pensiya 450 AZN olacaq.
Oğuz