Bu şəxslərin maaşına 60-100 manat aralığında əlavələr ediləcək - QƏRAR

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları təsdiqlənib.

Jan 10, 2025 - 17:05
Bu şəxslərin maaşına 60-100 manat aralığında əlavələr ediləcək - QƏRAR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.