Starmer Makronla görüşündən yazdı – “Qaçırılmış fürsət…”

Böyük Britaniyanın baş naziri Kir Starmer Londonun 60 kilometrliyində yerləşən Çekers Haus (Chequers House) iqamətgahında Fransa prezidenti Emmanuel Makronu qəbul edib.  

Jan 10, 2025 - 17:27
Starmer Makronla görüşündən yazdı – “Qaçırılmış fürsət…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

“Bu yeni ikitərəfli görüşdə beynəlxalq məqsədlər, Ukrayna, Yaxın Şərq, Böyük Britaniya ilə Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsi və yayda keçirilnməsi planlaşdırılan Fransa-Britaniya sammiti kontekstində Fransa ilə Böyük Britaniya arasında əlaqələrin dərinləşdirilməsi müzakirə edilib”, - deyə Fransa tərəfi bildirib.

“X” platformasında paylaşılmış videodan görünür ki, danışıqlar zamanı Makron fransız dilində deyil, ingilis dilində danışır. 

Yeri gəlmişkən, Starmer videonu “Qaçırılmış fürsəti yaxalamaq möhtəşəmdir, President@EmmanuelMacron” başlığı ilə paylaşıb. 

Xatirə SADİQ