Braziliyanın xüsusi bortu Moskvaya endi

Braziliya Hərbi Hava Qüvvələrinin (HHQ) xüsusi reysi Moskvanın “Vnukovo” hava limanına enib. 

May 14, 2025 - 17:29
Braziliyanın xüsusi bortu Moskvaya endi

SAVASHMEDİA.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Braziliya prezidenti Lula da Silva bu gün Çində keçirdiyi mətbuat konfransında Vladimir Putini sabah İstanbulda danışıqlara getməyə şəxsən razı salmağa cəhd edəcəyini bildirib. 

Mayın 9-da Moskvadakı paradda iştirak edən Lula da Silva mayın 10-dan 14-dək Çində dövlət səfərində olub. 

Kreml onun Rusiya paytaxtına təkrar səfər edəcəyini açıqlamayıb.

Xatirə SADIQ