“Uitkoffla heç vaxt ünsiyyət qurmamışam” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla indiyədək ünsiyyət saxlamayıb. 

May 14, 2025 - 17:27
“Uitkoffla heç vaxt ünsiyyət qurmamışam” - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Zelenski “Spiegel”ə müsahibəsində etiraf edib. 

Ukrayna prezidentinin sözlərinə görə, o, Trampın elçisi ilə heç vaxt əlaqə saxlamayıb.

“Təhlükəsizlik üzrə bütün müşavirləri dəvət etdim və onların hamısı səfərə hazır idi. Mənə elə gəlir ki, Uitkoffla nəsə alınmadı. Uitkoffla telefonla da danışmamışıq. Onunla Parisdə prezident aparatının rəhbəri Andrey Yermak danışıb”, -  Zelenski xatırladıb.

“Oval kabinetdəki mübahisədən sonra ABŞ-nin vitse-prezidenti Cey Di Venslə əlaqə saxlamısınızmı?” sualına Zelenski “yox” cavabını verib.

Xatirə SADIQ