İran neft ixracını artırıb - “Bloomberg”
İsrailin zərbələri başlayandan bəri İran neft ixracını təxminən yarıya qədər artırıb, çünki ölkə rezervuarlarını boşaltmaq və nefti mümkün qədər tez satmaq üçün tələsir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
“Kölgə donanmasının” marşrutlarını izləyən TankerTrackers.com-un analitiklərinin məlumatına görə, İsrailin iyunun 13-də endirdiyi zərbələrdən sonra İran neftinin ixracı gündəlik 2,33 milyon barrelə yüksəlib, bu da illik orta göstəricidən 44% çoxdur.
Xarg adasındakı ən böyük terminal indi tamamilə neftlə doludur ki, bu da aktiv ixrac dövrü üçün qeyri-adidir.
Ekspertlər hesab edirlər ki, İran logistika üzərində nəzarəti itirməmiş riskləri yaymağa və maksimum həcmdə xammal ixrac etməyə çalışır.
“Onlar bacardıqca çox çıxarmağa çalışırlar”, - deyə TankerTrackers.com-un həmtəsisçisi Samir Mədəni vurğulayıb.
Onun sözlərinə görə, hazırda prioritet təchizat təhlükəsizliyidir, ona görə də tankerlər adanın yaxınlığında dayanmırlar, sadəcə olaraq tez bir zamanda yükləri götürüb dənizə yola düşürlər.
Eyni zamanda, Fars körfəzinin neftinin böyük hissəsinin daşındığı Hörmüz boğazı hələlik açıq qalır. Bu, qlobal neft tədarükünün sabitliyi üçün çox vacibdir.
Xatirə SADİQ