ABŞ səfirliyinin əməkdaşı Rusiyanın casusu imiş - Saxlanıldı və etiraf etdi
ABŞ-nin Norveçdəki səfirliyində çalışan mühafizəçi Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Norveç Polis Təhlükəsizlik Xidmətinin sözçüsü bildirib ki, Norveç vətəndaşı olan həmin şəxs öz evində həbs olunub. Onun evindən rəqəmsal materiallar müsadirə edilib.
Məhkəmə onun dörd həftə həbsdə saxlanıla biləcəyinə qərar verib. Polis araşdırma apararkən o, ilk həftəni tam təcriddə keçirəcək.
Saxlanılan şəxsin polislə əməkdaşlıq etdiyi bildirilib.
Təqsirləndirilən şəxsin vəkili Con Kristian Elden etiraf edib ki, müvəkkilinin Rusiya və İran kəşfiyyatı rəsmiləri ilə əlaqəsi olub.
“O, Rusiya və İran kəşfiyyat agentləri ilə təmasları barədə danışdı, lakin onun məxfi məlumatlara malik olub-olmadığı hələ məlum deyil, Bundan sonrakı araşdırma onun cinayətdə günahkar olub-olmadığını göstərəcək”, - deyə Elden “Reuters” agentliyinə söyləyib.
Xatirə SADİQ