Biləcəri dairəsində ağır qəza - Ölənlərin sayı artdı
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Nazirlikdən verilən xəbərə görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son məlumatlara görə isə yaralılardan biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bu barədə Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Oğuz