Zelenski Putini Kiyevə dəvət etdi

"Rusiya prezidenti Vladimir Putin danışıqlar aparmaq üçün Kiyevə gələ bilər". 

Sep 6, 2025 - 12:20
Sep 6, 2025 - 12:21
Zelenski Putini Kiyevə dəvət etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu təkliflə "ABC News" telekanalına müsahibəsində Ukrayna dövlətinin başçısı Volodimir Zelenski çıxış edib.

Xatırladaq ki, Vladivostokda Şərq İqtisadi Forumunda çıxış edən Putin bir daha bəyan etmişdi  ki, o, Moskvanı danışıqlar üçün ən yaxşı yer hesab edir. Eyni zamanda Rusiya prezidenti söz verib ki, Zelenskiy Rusiya paytaxtına gələrsə, ona 100% təhlükəsizlik zəmanəti veriləcək.

"100% zəmanət... Əgər kimsə həqiqətən də bizimlə görüşmək istəyirsə, biz hazırıq. Bunun üçün ən yaxşı yer Rusiya Federasiyasının paytaxtı, qəhrəman şəhər Moskvadır", - Putin vurğulayıb. 

Eyni zamanda o, başqa ölkələrdə Zelenski ilə görüş təkliflərini hədsizlik adlandırıb.

Zelenskinin cavabı isə özünü çox gözlətməyib.

"Putin Kiyevə gələ bilər. Ölkəm hər gün raket hücumlarına məruz qaldığı bir vaxtda mən Moskvaya gedə bilmirəm. Bu terrorçu dövlətin paytaxtına gedə bilmirəm", - Zelenski deyib.

Söhbət zamanı Ukrayna lideri dəfələrlə Putinin onunla görüşmək və Ukraynada müharibəni dayandırmaq istəmədiyini bildirib. Eyni zamanda o, Putinin ABŞ ilə oyun oynadığını bildirib.

Oğuz