"Rusiyanın içərilərini vuracağıq, həm də öz silahlarımızla" - Zelenski
Volodimir Zelenski Ukraynanın öz uzaqmənzilli silahları ilə Rusiya xətlərinin 150-3000 km arxasına zərbələr endirə biləcəyini deyib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Zelenski Kiyevin Rusiyadakı hədəfləri vurmaq üçün heç vaxt Amerikanın uzaqmənzilli silahlarından istifadə etmədiyini bildirib.
"Hər gün yeni bir şey gətirir, bəlkə sabah bizdə "Tomaqavk"lar da olacaq", - Zelenski əlavə edib.
Ukrayna lideri Rusiyanın oktyabrın 22-də Xarkovda 4 nəfərin yaralanması ilə nəticələnən uşaq bağçasına hücumuna da münasibət bildirib:
"Rusiya dünən uşaq bağçasına hücum edib. Onlar ukraynalı uşaqlara qarşı döyüşür".
Oğuz