“Tramp administrasiyası “Gürcü arzusu”nun sonuna çıxacaq” – Georgi Vaşadze
“Məhz Tramp və onun administrasiyası “Gürcü arzusu” rejimin tabutuna son mismarı vuracaq”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu gürcüstanın “Birlik – Milli Hərəkat” partiyasının liderlərindən biri olan Georgi Vaşadze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ-nin seçilmiş prezidenti Donald Trampla bağlı “Gürcü arzusu”nun bütün narrativləri yalandır.
“Mən sizə açıq deyəcəyəm, siz bunu görəcəksiniz. Qalan hər şey adi təbliğatdır. İspaniya, İtaliya, Rumıniya və Avropa Şurasının mövqeləri yalan çıxdığı kimi, Trampla bağlı da İvanişvili rejimi və təbliğat mediası tərəfindən yayılan bütün narrativlər yalandır. Və başqa heç nədir”, - deyə Vaşadze əlavə edib.
Xatirə SADİQ