Tramp çaşdı, yoxsa o sözü qəsdən dedi? - "Dili sürüşüb"
ABŞ mətbuatı Donald Trampın Vladimir Putinlə görüşün yeri barədə açıqlamasında “səhv” etdiyini yazıb.
SAVASHMEDİA.az xəbər verir ki, The Guardian-ın məlumatına görə, ABŞ prezidenti görüşün keçiriləcəyi məkanı elan edərkən “Rusiyaya gedirəm” ifadəsini işlədib.
Lakin Amerika KİV-ləri bildirir ki, bu ifadə real səfəri deyil, sadəcə dil sürüşməsini əks etdirir. Rusiya lideri ilə görüşün hələ də əvvəlcədən planlaşdırıldığı kimi ABŞ-ın Alyaska ştatında, 15 avqust cümə günü baş tutacağı təsdiqlənib.