Peskovdan NATO komandanının bəyanatına reaksiya
“NATO nümayəndələrinin Rusiyanın Kalininqrad vilayətində müdafiə potensialının yatırılması üzrə planları haqqında bəyanatı alyansın “qarşıdurma alətinə” çevrildiyini təsdiqləyir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu bəyanat indi Avropa ölkələrinin müdafiə nazirliklərinin nümayəndələrindən tez-tez eşitdikləri düşmənlik, aqressiv bəyanatlar silsiləsindən olan növbəti açıqlamadır.
“NATO qarşıdurma alətidir, ölkəmizə münasibətdə düşmən blokdur. Və əlbəttə ki, bu, bizi bütün bunları nəzərə almağa və öz təhlükəsizliyimizi təmin etmək üçün müvafiq tədbirlər görməyə məcbur edir”, - deyə Kremlin sözçüsü əlavə edib.
Qeyd edək ki, ABŞ ordusunun Avropa və Afrikadakı və NATO quru qüvvələrinin komandanı Kristofer Donnahyu bildirib ki, alyans Kalininqrad vilayətində Rusiya qüvvələrinin müdafiə potensialını yatırtmağı planlaşdırıb.
O, izah edib ki, NATO ölkələri “şərq cinahda mühafizə xətti” planını həyata keçirir. Bu, yerüstü potensialın gücləndirilməsini və alyansda hərbi sahə ilə sənayenin qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Xatirə SADİQ