"Kül o İranın başına ki..." - Xamenei
"Onlar İslam Respublikasının təməlini sarsıdacaqlarına o qədər əmin idilər ki, bir nəfəri padşah seçimdilər".
SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın Ali rəhbəri Ayətullah Xamenei deyib.
O bildirib: "İyunun 13-də İrana hücum edildi. Bir gün sonra, iyunun 14-də bir qrup Amerika agenti Avropa paytaxtında oturaraq İslam Respublikasına alternativi müzakirə etməyə başladılar. Onlar İslam Respublikasının tməlini sarsıdacaqlarına o qədər əmin idilər ki, hücum başlayandan bir gün sonra oturub İslam Respublikasından sonra İranı hansı rejimin və necə idarə edəcəyini müzakirə etdilər. Onlar başa padşah da qoydular. İranda İslam Respublikasına alternativ tapmaq üçün bir araya gələn əbləhlər dəstəsi arasında bir iranlı var idi, kül o iranlının başına!" (yenisabah)