Lavrov Alyaskaya geyindiyi sviterdən danışıb - "Putin deyib ki, onun başı yoxdur"
Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskada keçirilən görüş zamanı üzərində “SSRİ” yazısı olan sviter geyinərək həm yerli, həm də beynəlxalq medianın diqqətini çəkmişdi.
Onun geyim seçimi bir anda gündəmin əsas mövzusuna çevrilmişdi və liderlərin görüşü qədər müzakirə olundu.
SAVASHMEDİA.az xəbər verir ki, Lavrov bu barədə Amerikanın ən böyük televiziyalarından olan NBC News-a müsahibəsində açıqlama verib.
O, qeyd edib ki, sviterdəki yazı Sovet İttifaqının bərpası niyyətini ifadə etmir:
“Biz Sovet İttifaqında doğulmuşuq. Vladimir Putin dəfələrlə deyib: kim SSRİ-nin dağılmasına görə təəssüflənmirsə, onun ürəyi yoxdur, kim isə onun bərpasını istəyirsə, onun başı yoxdur. Bu, tamamilə düzgün fikirdir”.
Aytən İbrahimova