Xəstəxanalarda hicaba qadağa qoyulması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

“Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır”.

Oct 15, 2026 - 01:28
Xəstəxanalarda hicaba qadağa qoyulması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyyə Nazirliyinin birgə açıqlamasında qeyd edilib.

“Bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”, - deyə açıqlamada qeyd edilib.