Rusiya azərbaycanlı müğənniyə görə bu ölkəyə NOTA VERDİ
Rusiyanın Almatıdakı Baş Konsulluğu azərbaycanəsilli rusiyalı repçi, müğənni Navai Bəkirovun Qazaxıstanda saxlanılması ilə bağlı rəsmi izahat tələb edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı TASS agentliyinə məlumat verib.
Konsulluğun mətbuat xidmətinin əməkdaşı bildirib ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinə məsələ ilə bağlı rəsmi şərh verilməsi xahişi ilə nota göndərilib.
Diplomatik nümayəndəlik yaranmış vəziyyəti diqqətlə izlədiyini və nəzarətdə saxladığını açıqlayıb.
Aytən
repçi Navai Bəkirov