Mirşahindən "televizora baxmıram" deyənlərə sərt sözlər - "Onlara ən ağır sözləri deyirəm" + VİDEO
"Media Masası" verilişinin ikinci buraxılışında "Real TV"nin baş direktoru Mirşahin Ağayev televiziya ilə bağlı səsləndirilən fikirlərə sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, emosional çıxışı ilə diqqət çəkən Mirşahin Ağayev xüsusilə "televizora baxmıram" deyən şəxsləri sərt şəkildə tənqid edib.
O bildirib ki, belə ifadələri qəbul etmir:
"Mənim yanımda "televiziyaya baxmıram" deyənlərə ağır cavab verirəm. Necə yəni baxmıram? Mən onlara ən ağır sözlər deyirəm. Bu, mənim fəaliyyət zonama müdaxilədir", - Mirşahin Ağayev bildirib.
Səlcuq
Verilişin həmin hissəsini təqdim edirik: