"Hakim İngiltərəni xilas etdi" - Ata Holanddan sərt ittiham

DÇ-2026-nın 1/4 finalında İngiltərəyə əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq mundialla vidalaşan Norveç millisinin hücumçusu Erlinq Holandın atası Alf-İnqe Holand hakimlərin idarəçiliyini tənqid edib.

Jul 12, 2026 - 20:20
Jul 12, 2026 - 20:22
"Hakim İngiltərəni xilas etdi" - Ata Holanddan sərt ittiham

SAVASHMEDİA.az xəbər verir ki, keçmiş norveçli futbolçu qarşılaşmadan dərhal sonra ard-arda paylaşımlar edərək referinin qərarlarının oyunun taleyini dəyişdiyini iddia edib.

Holand ilk paylaşımında istehzalı şəkildə yazıb: "Əhsən, Bellinqem və hakim. Birlikdə yaxşı iş bacardınız".

Bu paylaşım qısa müddətdə minlərlə istifadəçi tərəfindən paylaşılıb və futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub.

Bununla kifayətlənməyən Alf-İnqe Holand daha sonra İngiltərəli jurnalistin paylaşımına rəy yazaraq fikrini belə ifadə edib:

"Doğrudan qalib gəldinizi düşünürsünüz? Bu gün hakim qalib gəldi. Hakim sizi xilas etdi. Ümid və arzu edirəm ki, Dünya Çempionatını qazanasınız. Amma bu gün Norveçin haqqı tapdalandı".

Holandın narazılığı əsasən matçdakı bir neçə mübahisəli epizodla bağlı olub. O hesab edir ki, Norveçin vurduğu qol haqsız yerə ləğv edilib. Bundan başqa, İngiltərənin hesabı bərabərləşdirdiyi hücum zamanı topun stadiondakı asma kameranın kabelinə toxunduğunu və oyunun dayandırılmalı olduğunu deyib.

Qeyd edək ki, İngiltərə əlavə vaxtda 2:1 hesablı qələbə qazanaraq DÇ-2026-nın yarımfinalına yüksəlib. 

Aytən