Hökümə Əliyevanın qardaşı bu rayonda çalışacaq - Yeni iş yerindən DANIŞDI + VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli doğma Kəlbəcərdə yeni işə başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Kəlbəcərdə fəaliyyətə başlayacaq DOST məntəqəsində çalışmaq istəyən Coşqun Nəsibli bunun üçün müraciət edib. O, seçim və imtahan mərhələlərindən uğurla keçərək sözügedən qurumda işlə təmin olunub.
Coşqun Nəsibli bildirib ki, uzun illərdən sonra doğma ata-baba yurdunda insanlara xidmət etmək onun üçün həm qürurverici, həm də məsuliyyətli bir missiyadır.
Fotoda: Coşqun Nəsibli
“Öz Kəlbəcərimdə çalışmaq, burada yaşayan insanlara xidmət göstərmək mənim üçün böyük fəxrdir”, - deyə o qeyd edib.
Milli qəhrəmanın qardaşı doğma yurdda çalışmağın sevincini və gələcək planlarını bölüşüb.