"İndi Qubadayam, güclü zəlzələ deyildi" - Qurban Yetirmişli

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Azərbaycanda zəlzələ hiss olunub. Bu barədə məlumat sosial şəbəkələrdə və xəbər portallarında geniş şəkildə yayılıb.

Aug 27, 2025 - 01:39
"İndi Qubadayam, güclü zəlzələ deyildi" - Qurban Yetirmişli

SAVASHMEDİA.az xəbər verir ki, manset.az məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. O, açıqlamasında zəlzələnin o qədər də güclü olmadığını bildirib:

"Zəlzələ Xəzər dənizinin şimal sahillərində, Dağıstan ərazilərində qeydə alınıb. Mən hazırda Qubadayam. İndi əməkdaşlarımız dəqiq hesablamalar aparır. Amma ilkin ehtimala görə, zəlzələnin gücü təxminən 3-4 bal arasında olub. Hadisə Xəzərin dərinliyində baş verib.”