“Danışıqların birinci hissəsi başa çatıb” – Zaxarova

“Ər-Riyadda keçirilən Rusiya-Amerika görüşünün iştirakçıları danışıqların birinci hissəsini başa çatdırıblar”.

Feb 18, 2025 - 16:01
“Danışıqların birinci hissəsi başa çatıb” – Zaxarova

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Birinci səhər sessiyası başa çatıb və tərəflər iş lançına başlayıblar”, - deyə Zaxarova vurğulayıb. 

Rusiya və ABŞ arasında danışıqlar bu gün səhər saat 10:30 radələrində Ər-Riyadda başlayıb. Təxminən 2,5 saatdan sonra tərəflər 15 dəqiqəlik fasilə verib, bundan sonra danışıqlar nahara qədər davam edib.

Xatirə SADİQ