"Paltaryuyanı sındırıb ofislərinin qabağına atacağam" - "Kontakt Home" müştərini belə aldadıb

"Kontakt Home" mağazalar şəbəkəsindən növbəti müştəri narazılığını təqdim edirik.

Jul 12, 2026 - 16:44
"Paltaryuyanı sındırıb ofislərinin qabağına atacağam" - "Kontakt Home" müştərini belə aldadıb

SAVASHMEDİA.az xəbər verir ki, vətəndaş Səfər Cavadov kreditlə aldığı paltaryuyanın bir həftə keçməsinə baxmayaraq quraşdırılmadığını bildirib.

Onun sözlərinə görə, sifariş rəsmiləşdirilərkən məhsul 7 kiloqramlıq kimi sənədləşdirilsə də, evə gətirilən paltaryuyanın 6 kiloqramlıq olduğu məlum olub.

Səfər Cavadov paylaşımında narazılığını emosional şəkildə aşağıdakı kimi ifadə edib:

"Əgər əsəbinizi pozmaq istəmirsinizsə, "Kontakt Home"dan kreditə məhsul almayın. Bir həftədir paltaryuyan almışıq, hələ də gəlib quraşdırmayıblar. Belə biabırçılıq olmaz. Bu maşını balta ilə qırıb ofislərinin qabağına atacağam. Abrınız, həyanız olsun, ay "Kontakt"ın rəhbəri, belə iş olar? 7 kiloqramlıq kimi sənədləşdiriblər, amma gətirilən məhsul 6 kiloqramlıqdır. Bəsdir bu milləti aldatdınız. Gəlin zibilinizə sahib çıxın".

Məsələ ilə bağlı "Kontakt Home"un mövqeyini də dərc etməyə hazırıq.

Aytən