Paşinyan saqqalını onun xahişi ilə qırxıb - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan saqqalını və bığını niyə qırxdığına aydınlıq gətirib.

Nov 23, 2024 - 11:30
Paşinyan saqqalını onun xahişi ilə qırxıb - Özü danışdı

SAVASHMEDİA.az erməni KİV-nə istinadla xəbər verir ki, Paşinyan bunu böyük qızına görə etdiyini bildirib.

Onun dedikləri: “Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bunu efirdə deyəndən sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə bizim yox, onun ad günündə? Oğlum Aşot bu baxımdan iddialı deyil, əminəm ki, belə bir sual verməyəcək”.

Xatırladaq ki, Nikol Paşinyanın 1 oğlu, 3 qızı var.

Yağmur