Maşını olan hər kəs 10 manat vergi ödəsin - Milli Məclisdə müzakirə
Deputat Elşad Musayev bələdiyyələrlə bağlı yeni təklif verib.
SAVASHMEDİA.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin iki komitəsinin birgə iclasında danışıb.
O bildirib ki, sahibkarlığı inkişaf etdirmək üçün vergi yükünü azaltmaq lazımdır:
"Məsələn bir bələdiyyənin ərazisində 30 min avtomobil var. Qanunvericilikdə dəyişiklik edək, buna imkan verək ki, hər avtomobildən ildə 10 manat əmlak vergisi götürsün".
Deputat Elşad Musayev