"Zaqatalada toyunu mən aparmışam, o isə..." - Ağadadaş Qurban Qurbanovdan inciyib 

Azərbaycanın Xalq artisti Ağadadaş Ağayev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan inciyib.

Dec 13, 2025 - 15:14
"Zaqatalada toyunu mən aparmışam, o isə..." - Ağadadaş Qurban Qurbanovdan inciyib 

SAVASHMEDİA.az-ın xəbərinə görə, müğənni bu barədə futbolinfo-ya müsahibəsində deyib.

O, incikliyinin səbəbini belə izah edib:

"Qurban Qurbanovdan incimişəm. Mən bu incikliyimi Musa Qurbanova da demişəm. Qurbanın toyunu Zaqatalada mən aparmışam. Sonra Allah nəsib edib Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Çünki məni xatırlamır, zəng edib hal-əhval soruşmur.İşlərin çoxluğuna qalsa, mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır".

Oğuz