"HƏMAS şərtlərimizlə razılaşsa...." - Tramp
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin mümkün ola biləcəyi şərtləri açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, HƏMAS ABŞ-nin təklif etdiyi şərtlərlə razılaşarsa, atəşkəs dərhal qüvvəyə minəcək.
“HƏMAS İsrailin geri çəkilmə xətti ilə bağlı razılaşmanı təsdiqlədikdə, atəşkəs dərhal qüvvəyə minəcək, girov və əsirlərin mübadiləsinə başlanacaq”, – Tramp vurğulayıb.