Peskov Polşa insidentini şərh etməkdən imtina etdi - "Mənlik deyil"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dronların Polşanın hava məkanına daxil olması insidenti ilə bağlı sualı Rusiya Müdafiə Nazirliyinə ünvanlamağı məsləhət görüb. 

Sep 10, 2025 - 16:05
Peskov Polşa insidentini şərh etməkdən imtina etdi - "Mənlik deyil"

SAVASHMEDİA.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Polşa rəhbərliyinin pilotsuz uçuş aparatlarının (PUA) Rusiya mənşəli olması ilə bağlı bəyanatlarını şərhdən imtina edib.

“İndiki halda, biz bunu heç bir şəkildə şərh etmək istəməzdik. Bu, bizim səlahiyyətimizdə deyil. Bu, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir”, - deyə Peskov iddia edib. 

Xatirə SADİQ