Putini dəstəkləyən pianoçunun konserti ləğv olundu - Afinada
Rusiyanın xalr artisti, tanınmış pianoçu Denis Matsuyevin Afinadakı №Meqaron” konsert salonunda noyabrın 21-nə planlaşdırılan konserti ləğv edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sentyabrın 9-da Afina Dövlət Orkestrinin mətbuat xidməti məlumat yayıb.
“Afina Dövlət Orkestri ictimaiyyətə məlumat verir ki, pianoçu Dennis Matsuyevin noyabrın 21-də Afina Musiqi Sarayında keçiriləcək konsertdə planlaşdırılan iştirakı baş tutmayacaq”, - deyə orkestrin “Facebook” səhifəsində deyilir.
Tədbirin “mövcud beynəlxalq vəziyyət”lə əlaqədar ləğv edildiyi vurğulanıb. Məlum olub ki, Matsuyevi başqa solist əvəzləyəcək, amma onun adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Matsuyev həm də Rusiya prezidenti Vladimir Putini dəstəkləməsi ilə tanınır.
Xatirə SADİQ