“Tramp Rusiyanı iqtisadi blokadaya salmaq üçün səbəb görmür” - Cey Di Vens

ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq onu müharibəyə son qoymağa həvəsləndirmək üçün nəzərdə tutulmuş “kökələrdən” biridir.

Sep 10, 2025 - 15:56
“Tramp Rusiyanı iqtisadi blokadaya salmaq üçün səbəb görmür” - Cey Di Vens

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu fikri One America News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu barədə avropalılara və rusiyalılara deyib. 

“Tramp qətllərin dayandırılmasını istəyir. Digər tərəfdən isə dünya ABŞ-yə əlverişli olan bütün iqtisadi sövdələşmələrə açıqdır. Gəlin dürüst olaq: Rusiyanı sevib-sevməməyinizdən asılı olmayaraq, onların münaqişə ilə bağlı əsas arqumentləri ilə razılaşıb-razılaşmasanız da, sadə fakt budur ki, onların çoxlu nefti, çoxlu qazı, çoxlu mineral ehtiyatları var. Və düşünürəm ki, prezident tamamilə haqlıdır: biz sülh əldə etdikdən sonra gələcəkdə həm Rusiya, həm də Ukrayna ilə çox məhsuldar iqtisadi əlaqələrimiz ola bilər”, - deyə Vens iddia edib.

O, hesab edir ki, güclü iqtisadi əlaqələr uzunmüddətli sülhün ən yaxşı təminatı ola bilər: “Çünki insanlarla yaxşı iqtisadi münasibətləriniz varsa, siz müharibəni bərpa etməklə hər şeyi məhv etmək istəmirsiniz”.

Maraqlıdır ki, “güc vasitəsilə sülhün” təbliği ilə məşğul olan prezidentin müavini faşist ölkə imicinə malik Rusiya ilə “iqtisadi əməkdaşlıqdan” dəm vurarkən, Rusiya dronları Polşanın hava məkanına soxulublar.
 
Xatirə SADİQ