“Generalı güdürdülər, özü mənə demişdi” – Kostroma qubernatoru
“General-leytenant İqor Kirillovu güdürdülər, bu barədə o, özü danışırdı”.
SAVASHMEDİA.az “RBC” telekanalına istinadən xəbər verir ki, bunu Kostroma vilayətinin qubernatoru Sergey Sitnikov deyib.
Sitnikovun sözlərinə görə, Kirillov bir müddət əvvəl qubernatora özünün “ovu”na başlanıldığını deyib. Qubernatorun fikrincə, bu, Kirillovun rəhbərliyi altında məxfi bioloji laboratoriyalar haqqında məlumatların, o cümlədən Ukrayna ərazisində aşkarlanması ilə bağlı olub.
Qeyd edək ki, bu gün səhər Kirillov yaşadığı binadan çıxdıqdan sonra baş vermis partlayış nəticəsində köməkçisi ilə birlikdə həlak olub.
Xatirə SADİQ