Naxçıvan Ali Məclisi məhkəməyə verildi - İddiaçı sabiq rəis müavinidir

Bir neçə gün əvvəl işdən çıxarılan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan MR Ali Məclisini məhkəməyə verib.

Dec 17, 2024 - 17:33
Naxçıvan Ali Məclisi məhkəməyə verildi - İddiaçı sabiq rəis müavinidir

SAVASHMEDİA.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

N. Məhəmmədzadə işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirib.

Müraciətə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq, məhkəmə iclasının tarixi hələlik müəyyənləşməyib.

Məhəmmədzadə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2 dekabr 2024-cü ildə imzaladığı Sərəncamla vəzifəsindən azad edilib. O, həmin vəzifəyə Ali Məclis sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə təyinat almışdı.