Polşadakı dronları 4 ölkənin təyyarəsi vurub - Rutte açıqladı

Polşanın hava məkanını pozan pilotsuz təyyarələrin zərərsizləşdirilməsində dörd ölkənin təyyarələri iştirak edib. 

Sep 10, 2025 - 16:07
Polşadakı dronları 4 ölkənin təyyarəsi vurub - Rutte açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. Müraciətin yayımını alyansın mətbuat katibi Allison Hart X sosial şəbəkədə paylaşıb.

Ruttenin sözlərinə görə, onların arasında Polşanın F-16, Niderlandın F-35, İtaliya və Almaniyanın qırıcı təyyarələri olub.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşa hökməti öz hava məkanında xarici pilotsuz uçuş aparatlarının vurulduğu barədə məlumat verib. Baş nazir Donald Tusk dronların Rusiyaya məxsus olduğunu bildirib.

Polşa bu hadisədən sonra Varşavadakı Frederik Şopen hava limanı da daxil olmaqla dörd hava limanını bağlayıb.

Xatirə SADİQ