Zelenskinin "qara siyahısı"na düşən Kobaxidze danışdı - Digər 18 nəfər kimdir? + SİYAHI

“Kiyevin gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsi Ukrayna hakimiyyətinin çətin vəziyyətindən xəbər verir”. 

Dec 5, 2024 - 15:57
Zelenskinin "qara siyahısı"na düşən Kobaxidze danışdı - Digər 18 nəfər kimdir? + SİYAHI

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

“Sanksiyaların tətbiqi özlüyündə Ukrayna hökumətinin ağır durumundan danışan hadisədir. Bu gün Ukrayna hökumətinin vəziyyəti olduqca ağırdır və danışdığımız mümkün qərar da bu çətin vəziyyətin təzahürüdür”, - deyə o bildirib.

Baş nazir xatırladıb ki,  2022-ci il martın 1-də Kiyev öz səfirini Gürcüstandan geri çağırıb. Bu addım Gürücstanın Rusiyaya qarşı sanksiyalara əməl etmədiyi və Ukraynaya könüllülər göndərməkdən imtina etdiyi bəhanəsi ilə atılıb. 

“Burada real niyyətlərin nə olduğu aydın oldu. Belə bir plan var idi ki, bir cəbhə deyil, iki cəbhə açılmalıdır və əlbəttə ki, bunun davamı Ukrayna hakimiyyətinin vaxtilə verdiyi qərar olmalı idi. Sonra müharibə başlayandan sonra bir gün də Kiyevi tərk etməyən səfirimizin Ukraynadan qovulması oldu. Niyə sürgün etdilər? Çünki Rusiya “bizim əlimizlə” Saakaşvilini işgəncə ilə öldürürdü”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Ukrayna ilə birtərəfli dostluq rejimində qalmaqda davam edəcək, çünki bu ölkə və xalqı onlar üçün əzizdir. “Ukrayna hakimiyyəti nə qərar versə də, biz bu ölkəyə və xalqa sadiq qalırıq və təbii ki, onlarla həmrəyik”, - baş nazir vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı fərmana əsasən, Gürcüstanın aşağıdakı məmurlarına qarşı sanksiya tətbiq edilib.

1.    Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili
2.    Tiflis meri, “Gürcü arzusu” partiyasının baş katibi, Kiyevin “Dinamo” futbol klubunun keçmiş futbolçusu Kaxa Kaladze
3.    Gürcüstan Apellyasiya Məhkəməsinin sədri Mixail Çinçaladze
4.    “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze 
5.    Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri
6.    keçmiş baş prokuror Otar Partsxaladze 
7.    İmedi televiziya şirkətinin sahibi İrakli Ruxadze
8.    Hakim Levan Murusidze 
9.    “Gürcü Arzusu”ndan deputat Viktor Caparidze 
10.     “Gürcü Arzusu”ndan deputat Dimitri Samxaradze 
11.    Müdafiə nazirinin müavini Georgi Xaindrava 
12.    Gürcüstanın baş naziri İrakli Kobaxidze 
13.    Giorgi Kobaxidze 
14.    İmereti dövlət vəkili Zviad Şalamberidze 
15.    hakim Şalva Tadumadze 
16.    Baş nazirin müavini Teya Tsulukiani 
17.    Milyarder, keçmiş baş nazir Bidzina İvanişvili 
18.    Regional İnkişaf və İnfrastruktur Naziri İrakli Karseladze ;
19.    Rabitə Komissiyasının sədri Bekauri Kakha .

Sanksiyalar 10 il müddətində qüvvədə olacaq.

Xatirə SADİQ