“Yazılanlara görə, biz artıq 12 dəfə boşanmışdıq” – Şahzadə Harri
Şahzadə Harri həyat yoldaşı Meqan Markl ilə aralarında ixtilaf olması barədə şayiələri təkzib edib.
SAVASHMEDİA. az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Qərb tabloidləri Harri və Meqanın ailəsindəki problemlər barədə məlumat verirdilər.
Nyu-Yorkda keçirilən “Deal Book” sammitində iştirak edən şahzadə Harri ilk dəfə şayiələrə cavab vermək qərarına gəlib.
Onun sözlərinə görə, bu barədə mediada gedən xəbərlərdən sonra Marklla hər dəfə ayrılsaydı, artıq bu boşanmaların sayı 10-dan çox olacaqdı.
“Meqan və mənim haqqında yazdıqlarına görə, biz 10 və ya 12 dəfə daşınmaz əmlak almışıq, 10 və ya 12 dəfə boşanmışıq. Hər şeydən çox mənim trollara yazığım gəlir. Onlar bütün bunlara çox ümid edirlər, sonra isə məlum olur ki, belə bir şey baş verməyib. Odur ki, mənim onlara yazığım gəlir. Əməlli-başlı yazığım gəlir”, - deyə Harri vurğulayıb.
O, etiraf edib ki, əvvəllər ailəsi ilə bağlı xəbərlər və dedi-qodular onu qıcıqlandırırdı, indi isə onlara əhəmiyyət verməməyə çalışır.
Xatirə SADİQ