Ən çox izlənilən serialların siyahısı - İlk üçlükdə hansılardır?

Türkiyədə ötən həftənin ən çox baxılan serialları bəlli olub.

Oct 27, 2025 - 23:41
Ən çox izlənilən serialların siyahısı - İlk üçlükdə hansılardır?

SAVASHMEDİA.az “cebheinfo.az”-a istinadla xəbər verir ki, 20-26 oktyabr tarixində “Total” katerqoriyasında ən yüksək reytinq toplayan serial “Uzak Şehir”dir.

“Taşacak Bu Deniz” isə yüksəlişə keçərək həftənin ən çox izlənilən ikinci serialı olub. Həmçinin, yeni seriallardan “Halef” ilə “Güller ve Günahlar” yüksəlişlərini davam etdiriblər.

Ümumiyyətlə, ilk dördlükdə yer alan 3 serialın bənzər janrda olması diqqətlərdən yayınmayıb. Maraq üçün qeyd edək ki, “Kanal D” “TOP-10”-a 4 serialla damğa vurub. Çox nadir hallarda hansısa kanal bu uğura nail ola bilir. “TRT1” 3, “Show TV”, “Now TV” və “Star” isə 1 serialla siyahıda təmsil olunublar.

Beləliklə, keçən həftənin ən çox izlənilən türk serialları aşağıdakılardır:

1. “Uzak Şehir” – “Kanal D”
2. “Taşacak Bu Deniz” – “TRT1”
3. “Eşref Rüya” – “Kanal D”
4. “Halef: Köklerin Çağrısı” – “Now TV”
5. “Güller ve Günahlar” – “Kanal D”
6. “Teşkilat” – “TRT1”
7. “Arka Sokaklar” – “Kanal D”
8. “Gönül Dağı” – “TRT1”
9. “Kızılcık Şerbeti” – “Show TV”
10. “Sahipsizler” – “Star”.