Melaniya oğul Baydendən o videonu silməyi tələb etdi - Onu Trampla Epşteyn tanış edib?
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden birinci xanım Melaniya Trampdan üzr istəmək niyyətində deyil.
SAVASHMEDİA.az xəbər verir ki, H.Bayden müstəqil jurnalist Endryu Kallahana müsahibəsində onu məhkəməyə vermək istəyən xanım Trampdan üzr istəməyəcəyini qeyd edib.
Qeyd edək ki, oğul Bayden avqustun 5-də yutubda paylaşdığı başqa bir müsahibəsində Melaniya Trampın həbsxanada intihar etmiş Jeffrey Epşteyn tərəfindən Donald Trampa təqdim etdiyini bildirmişdi.
Avqustun 6-da Melaniya Trampın vəkili Alejandro Brito Baydenə məktub göndərərək videonu silməsini tələb edib.Vəkil Baydenin oğlunu yalan, böhtan yaymaqda və qızışdırıcı addımlar atmaqda günahlandırıb və onu nə az, nə çox 1 milyard dollarlıq iddia qaldırmaqla hədələyib.