"Bir oyun idi, oynadıq, qurtardı, toy olmayacaq" - Fatma Mahmudova
Xalq artisti Fatma Mahmudova və qızı Nigar Tofiqqızı Elgiz Əkbərin "Şadlıq olsun" verilişinin qonağı olub.
SAVASHMEDİA.az xəbər verir ki, aparıcı Elgiz Əkbər Xalq artistinə qızının toyunun nə vaxt olacağı ilə bağlı sual ünvanlayıb.
F.Mahmudova isə toyun olmayacağını və bu barədə artıq heç bir sual verilməməsini istəyib:
"Xahiş edirəm bu mövzuya toxunmayın. Toy söhbəti etməyək. Heç bir toy olmayacaq. Çox xahiş edirəm o haqda sual olmasın. Şəxsi suallardır. Nəysə... Bir oyun idi, oynadıq, qurtardı, getdi. Mən oynamadım. Bu oyun ümumilikdə oynanıldı, bitdi".
Xatırladaq ki, Fatma Mahmudovanın müğənni-aktrisa qızı Nigar Totfiqqızı bu ilin may ayında duet ortağı Xan Qaraxanlı ilə nişanlanmışdı.
Посмотреть эту публикацию в Instagram