Stalinin sevimli qızı onu bütün dünyada necə rüsvay edib? - ABŞ-yə gizli QAÇIŞ
Diktator İosif Stalin qızı Svetlananı çox sevsə də, onun şəxsi həyatına və sevgisinə heç vaxt dözmürdü.
SAVASHMEDİA.az xəbər verir ki, Svetlananın taleyi totalitar rejimin basqıları, dramatik eşq macəraları və bütün dünyanı sarsıdan qaçışı ilə yadda qalıb.
Stalinin qızına olan sevgisi məlum idi, lakin bu sevgi Svetlananın şəxsi xoşbəxtliyini təmin etmədi. Onun gənclik illərində tanınmış kinodramaturq Aleksey Kaplerlə yaşadığı sevgi münasibəti SSRİ rəhbərini qəzəbləndirdi.
Stalinin göstərişi ilə Aleksey Kapler 10 illik müddətə Sibirə sürgün edildi. Bu hadisə hakimiyyət ailəsində şəxsi azadlığın heçə sayıldığının ilk ciddi siqnalı idi.
İllər sonra, 1960-cı ildə Svetlana Hindistandan gələn kommunist Brajeş Sinqə aşiq oldu. Lakin sovet rəhbərliyi, xüsusilə Aleksey Kosıgin onların evlənməsinə qəti şəkildə icazə vermədi. Bir müddət sonra ağır xəstələnən Sinq vəfat etdi.
Brajeş Sinq vəfat etdikdən sonra Svetlana onun külünü vətəni Hindistana aparıb Qanq çayına sovurmaq üçün xüsusi icazə alır. 1967-ci ildə Hindistana səfər edən Svetlana orada gözlənilməz bir addım atır. O, Hindistandakı sovet diplomatik nümayəndələrindən ayrılaraq gizlicə ABŞ-nin Nyu-Dehlidəki səfirliyinə sığınır və siyasi sığınacaq istəyir.
ABŞ səfirliyi dərhal tədbir görərək həmin gecə onu ölkədən çıxarır. Svetlana əvvəlcə İtaliyaya (Romaya), ordan İsveçrəyə, qısa müddət sonra isə ABŞ-a göndərildi. Stalinin qızının Qərbə qaçması SSRİ üçün misli görünməmiş siyasi rüsvayçılıq, ABŞ və Qərb ölkələri üçün isə böyük təbliğat üstünlüyünə çevrilir.
Amerikada yeni həyata başlayan Svetlana adını dəyişərək Lana Peters kimliyi ilə tanındı və memar Uilyam Peterslə evləndi. Atasının kölgəsindən və sovet rejiminin təzyiqlərindən qaçan Svetlana ömrünün sonuna qədər keçmişi ilə hesablaşmalı oldu, lakin azadlıq uğrunda seçdiyi bu çətin yol onun XX əsr tarixinin en ən məşhur dissidentlərindən birinə çevirdi.
Səlcuq