Rəqsanə həbsdə yazdığı kitabı təqdim edəcək - FOTO

Müğənni Rəqsanə İsmayılovanın həbsxanada yazdığı "Müəllimə" kitabı nəşrə hazırlanır.

Feb 9, 2026 - 12:27
Feb 9, 2026 - 12:56
Rəqsanə həbsdə yazdığı kitabı təqdim edəcək - FOTO

SAVASHMEDİA.az bildirir ki, bu barədə müğənni özü məlumat verib. 

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova dələduzluğa görə həbsə atılıb. 3 aylıq həbsdən sonra borclarının bir qismini ödədiyi üçün ev dustaqlığına buraxılıb. Ona bütün borclarını ödəməsi üçün bu ilin mart ayına qədər möhlət verilib. Əks halda müğənni yenidən həbs olunacaq. 

R.İsmayılova ev dustaqlığına buraxıldıqdan sonra qatıldığı proqramlardan birində həbsdə olduğu müddətdə "Quran", "Tövrat", "Bibliya" da daxil 300 kitab oxuduğunu bildirib. 

Müğənninin açıqlaması müzakirələrə səbəb olub. Bildirilib ki, bu, günə 3-4 kitab oxuyub bitirmək anlamına gəlir ki, bu da fiziki baxımdan mümkünsüzdür.

Banu