Hakan Fidanın "Kurtlar Vadisi"nin əfsanəsi ilə SÖHBƏTİ - "İndi nə işlə məşğulsan?" + VİDEO

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Kurtlar Vadisi” serialında “Erdal Kömürcü” (Mikrop Erdal) obrazını canlandıran Sefa Zenginlə görüşüb.

Apr 16, 2026 - 00:38
Hakan Fidanın "Kurtlar Vadisi"nin əfsanəsi ilə SÖHBƏTİ - "İndi nə işlə məşğulsan?" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, görüş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında reallaşıb.

Nazirlə aktyor arasında səmimi dialoq baş tutub. Hakan Fidan Sefa Zengindən indi hansı işlə məşğul olduğunu soruşub:

- İndi nə işlə məşğulsunuz?

- “Yeraltı” serialındayam.

- Necə gedir?

- Hər şey gözəl gedir. Çox gərgin işləyirik. 

- Xeyirlisi olsun inşallah!

- Sağ olun.

Qeyd edək ki, aktyor hazırda “Yeraltı” serialında “Derman Hanoğlu” obrazını canlandırır.

Banu