Çempionlar Liqasının son yarımfinalçıları BİLİNDİ

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.

Apr 16, 2026 - 01:06
Apr 16, 2026 - 01:10
Çempionlar Liqasının son yarımfinalçıları BİLİNDİ

SAVASHMEDİA.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.

"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyunda qapılardan top keçməyib. Lissabondakı birinci oyunda London klubu vurduğu 1 qol hesabına yarımfinala adlayıb.

"Real" isə Almaniyada "Bavariya"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:4.

Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) – 0:0

İlk oyun - 1:0

"Bavariya" (Almaniya) - "Real" (İspaniya) – 4:3

İlk oyun - 2:1

Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.

 

Aytən