"Fənərbaxça" prezidenti İsmayıl Kartalın istefasını QƏBUL ETMƏDİ - "Böyüyüyəm, sözümdən çıxmaz"
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal vəzifəsindən istefa verib.
SAVASHMEDİA.az xəbər verir ki, baş məşqçi bu qərarını 1-1 hesabı ilə bitən "Fənərbaxça"- "Roma" matçından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.
İsmail Kartal bir daha geri dönməmək üzrə vəzifəsindən getdiyini bildirib:
"Futbolçularımı təbrik edirəm. Yaxşı oynadılar. Onlarla qürur duyuram. Heç bir sual qəbul etmədən öz qərarımı açıqlayıram. Bu axşamdan etibarən istefa verirəm. Komandanın yolunu açmaq üçün bu qərarı vermişəm. Bir daha heç vaxt geri dönməmək üzrə istefa verirəm".
Daha sonra mediaya açıqlama verən "Fənərbaxça" prezidenti Aziz Yıldırım İsmail Kartalın istefasını qəbul etməyəcəyini bildirib:
"İstefa verəcəyindən xəbərimiz yox idi. Ancaq ona qarşı mediadan və azarkeşlərdən daimi təzyiq var. Bu gün "Roma" ilə matç bitdikdən sonra azarkeşlər başına su qabı atıblar. Bu şəraitdə, təzyiq altında işləmək asan deyil. Ancaq İsmail Kartalın istefasını qəbul etmirəm. Mən onun böyüyüyəm, sözümü yerə salmaz. Mən nə qədər buradayamsa, o da burada olacaq. Bitdi".
Oğuz
Посмотреть эту публикацию в Instagram