Məşhur boksçu vəfat etdi – Məhəmməd Əliyə meydan oxuyub, Van Dammla... - FOTOLAR
Dünyaca məşhur boksçu və aktyor Co Buqner xərçəng xəstəliyindən vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Əslən macar olan Cozef Kreul Buqner 1970-ci illərə damğasını vurub və Britaniya bayrağı altında döyüşüb. 1971-ci ildə karyerasının ən önəmli zəfərini qazanıb. O, Henri Kuperi hakim qərarı ilə məğlub edərək, Avropa, Birlik və Böyük Britaniya çempionatlarının qalibi olub.
1973-cü ildə “boks kralı” Məhəmməd Əli və Co Freyzerlə qarşılaşıb. 12 raundluq döyüşdə hakim qərarı ilə məğlub olub. 1975-ci ildə revanş qarşılaşması üçün Məhəmməd Əliyə meydan oxuyub. Lakin yenə hakim qərarı ilə məğlub olub. Aktyor kimi də faəliyyət göstərən boksçu 1994-cü ildə Jan-Klod Van Damm və Raul Culiya ilə birgə “Street Fighter” (Küçə döyüşçüsü) filminə çəkilib.
Peşəkar karyerası boyunca 83 matça çıxan Buqner onlardan 69-nu qələbə (41 nokaut), 13-nü məğlubiyyət və 1-ni heç-heçə ilə başa vurub. Superağır çəki dərəcəsində mübarizə aparan Buqner üçqat Avropa çempionu və ikiqat Britaniya çempionu olub.
1986-cı ildə Avstraliyaya köçən boksçu vətəndaşlıq alıb və ölkə çempionu adını qazanıb. Buqner son peşəkar matçını 1999-cu ildə, 49 yaşında keçirib. “The Telegraph” nəşri onu Britaniyanın bütün zamanların on ən yaxşı ağır çəkili boksçularından biri adlandırıb.
Banu
Fotolarda: Co Buqner və Məhəmməd Əli