Azərbaycan futbolunda film kimi olay - Pulu stadiona gətirdilər

Azərbaycan futbolunda maraqlı hadisə yaşanıb.

Dec 22, 2025 - 16:47
Azərbaycan futbolunda film kimi olay - Pulu stadiona gətirdilər

SAVASHMEDİA.az xəbər verir ki, 2-ci Liqa təmsilçisi "Şəki Siti" çempionatdan uzaqlaşdırılmaq təhlükəsindən son anda xilas olub. 

Belə ki, sözügedən liqanın 13-cü turunda 3 aydır maaş almayan məşqçilərlə futbolçuların imtinası üzündən "Qaradağ Lökbatan"la oyuna çıxmayan və texniki məğlubiyyətlə cəzlandırılan kollektiv bu gün də "Xankəndi"yə qarşı oynamamaq fikrindən matçın start fitinə dəqiqələr qalmış daşınıb.

Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənovun Fanat.Az-a verdiyi məlumata görə, məşqçi və futbolçu heyətinin 2 aylıq maaşı görüşün baş tutacağı stadiona - "Rekord Arena"ya çatdırılıb. 

Yalnız bundan sonra komanda meydana çıxmağa razı olub.